Rusiyadan Xəzərlə bağlı yeni qərar

Rusiyadan Xəzərlə bağlı yeni qərar
  10 Noyabr 2015    Oxunub:2245
Rusiya Dövlət duması Xəzər dənizində balıq ovu qaydaları təsdiqləyib.
Deputatlar yeni qərarları ötən il sentyabrın 29-da Xəzəryanı dövlətlər arasında imzalanan müqavilə əsasında veriblər.

2014- cü ildə Həştərxanda Xəzəryanı dövlətlərin sammitində İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri ilə imzalanan sazişə görə, 5 dövlət arasında xüsusi komissiya yaradılacaq. Komissiya dənizin bioloji qorunması, bərpası, birgə bioloji su ehtiyatlarından səmərəli istifadəsi üzrə milli kvotaları müəyyən edəcək.

Xəzəryanı dövlətlər illik balıq ovunun miqdarını və bölüşdürülməsi komissiya tərəfindən koordinasiya ediləcək. Komissiya həmçinin Xəzərdə nərə balıqlarının və məhsul ixracı üçün kvotaların müəyyənləşdirilməsini və balıq ovu qaydalarınına nəzarət həyata keçiriləcək.

Ətraf dövlətlərin balıq ovu xüsusilə də nərə balığının ovlanması ilə bağlı verdikləri qərarlar nəsli kəsilməkdə olan balığın xilası üçün xüsusi əhəmiyyətlidir. Azərbaycan tərəfi nərə balığının sayının artırılması üçün xüsusi addımlar atır. Ölkəmizdə Şirvan və Neftçala rayonlarında nərə balığı artırma zavodları fəaliyyət göstərir. Nərə balığının azalmasına səbəblərdən biri qanunsuz ovlanmadır. Yəqin ki, Xəzəryanı dövlətlər arasında brakonyerliyə qarşı da əhəmiyyətli addımların atılması ilə nəticələnəcək.

Ümumilikdə Xəzər dənizinin bölüşdürülməsi ilə bağlı son illər müəyyən addımlar atılıb. Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xəzərin şimal hissəsinin dibinin bölünməsi haqqında Rusiya və Qazaxıstan arasında razılaşma protokoluna əlavə və dəyişikliklər edilməsi haqqında protokol imzalayıblar.

Sənəd 6 iyul 1998-ci ildə əldə olunmuş yeraltı sərvətlərin istifadəsi ilə bağlı anlaşma sənədindəki suveren hüquqların təmin olunmasını nəzərdə tutur. (ans)


Teqlər:





Xəbər lenti