Əvvəl arvadı, sonra qızı öldü - Qatil Köçəryan

Əvvəl arvadı, sonra qızı öldü - Qatil Köçəryan
  10 Noyabr 2015    Oxunub:3570
1994-ci ildə Ermənistanda səfərdə olan İran azərbaycanlısını avtobusda azərbaycanca danışdığına görə qəddarlıqla qətlə yetirmiş, əslən Bakı şəhərindən olan Soğomon Köçəryan bu ilin noyabr ayının 8-də gecə saatlarında ölüb.

İran tərəfinin ciddi nəzarəti altında aparılmış məhkəmə prosesi zamanı S.Köçəryan 1994-cü ildə törətdiyi cinayətə görə əvvəlcə ölüm cəzasına məhkum edilmiş, sonra isə Ermənistan prezidenti Köçəryan tərəfindən cəzası ömürlük həbs ilə əvəzlənib.

Hazırki prezident Serj Sarkisyan hakimiyyəti dövründə isə 2 dəfə həbsdən qaçırılmış, lakin İran səfirliyinin təkidi ilə tutularaq həbsxanaya qaytarılıb.

20 il həbsxanada qaldıqdan sonra o, bu ilin oktyabr ayının 22-də Yerevanın Mərkəz və Nork-Maraş inzibati rayonlarının ümumi səlahiyyətli məhkəməsinin qərarı ilə ağır xəstəliyə görə cəzasının qalan hissəsindən azad edilib.

Qeyd edək ki, Qarabağ müharibəsi zamanı xalqımıza qarşı xüsusi qəddarlığı ilə seçilmiş Soğomon Köçəryanın həyat yoldaşı onun həbsindən bir neçə il sonra ağır xəstəlikdən vəfat edib. Həbsindən cəmi 3 ay sonra dünyaya gəlmiş yeganə qız övladı isə bir il əvvəl 19 yaşında öz canına qəsd edərək intihar edib.

Köçəryan arvadının və üzünü bircə dəfə gördüyü qızının ölüm xəbərlərini onu qatı şovinist kimi böyüdən anasından eşidib. Bundan sonra bir sıra xəstəliklərə tutulan qatil S. Köçəryan onunçün yaşamanın mənasız olduğunu anlayıb. Onunla ən çox maraqlanan “Hedq.am” saytı müxbirlərinə dəfələrlə bildirmişdi ki, artıq o, hər şeydən əlini üzmüş və yaşamaq istəmir.

S. Köçəryan bu gün Yerevanin “Yerablur” qəbirsanlığında dəfn olunacaq.

İsmayıl Tanrıverdi


Teqlər:  





Xəbər lenti