Miqrantları pisləyənin reytinqi qalxır

Miqrantları pisləyənin reytinqi qalxır
  10 Noyabr 2015    Oxunub:1501
“Focus” nəşri “Alternativ Almaniya” partiyasının tərəfdar sayında 9% artım olduğunu bildirib. Politoloqların fikrincə, partiya 9 faizlik yüksəlişi sırf anti-mühacir çıxışlarından sonra əldə edib.

“Emnid” sosial və siyasi araşdırmalar mərkəzi bildirir ki, sağ təmayüllü “Alternativ Almaniya” partiyası əsas seçiçi kontingentinin 14%-ni Şərqi Almaniyadan toplayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl “Alternativ Almaniya” partiyası Merkel hökumətinin miqrant siyasətinə əks olaraq etiraz aksiyası təşkil etmişdi. Aksiya zamanı partiya tərəfdarları kansler Angela Merkeli tutduğu vəzifədən getməyə çağırmışdılar.

Fərrux


Teqlər:





Xəbər lenti