Rusiyada Əziz Əliyevə heykəl qoyulacaq
Dağıstan və Azərbaycanın nüfuzlu siyasi xadimi Əziz Əliyevin şərəfinə ucaldılacaq abidənin ümumi ərazisi 900 kvadrat metrdən çox olacaq.
Abidə Abubakaraov və Ə.Əliyev küçələrinin kəsişməsində qoyulacaq.
Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb.
O, 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: