İran sərhədləri gücləndirir – Terror təhlükəsi

İran sərhədləri gücləndirir – Terror təhlükəsi
  10 Noyabr 2015    Oxunub:2645
İran ölkəyə terrorçuların girişinin qarşısını almaq üçün bütün sərhədyanı ərazilərdə sərhəd-keçid məntəqələrinin sayını artırıb.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari Tehranda İranın xaricdəki səfirləri və ölkə vilayətlərinin rəhbərlərinin iclasında çıxışı zamanı bildirib.

“Biz terrorçuların ölkə ərazinə girişini əngəlləmək məqsədilə İranın bütün quru sərhədləri boyu yeni 721 sərhəd keçid məntəqəsi tikmişik”, – deyə nazir müavini bildirib.

İranlı rəsmi vurğulayıb ki, son aylar onun ölkəsi təhlükəsizlik məsələləri ilə bağlı qonşu ölkələrlə əməkdaşlığı əhəmiyyətli dərəcədə artırıb.

İştirakçıların suallarını cavablandıran nazir müavini qeyd edib ki, İŞİD terrorçuları bilavasitə İran üçün heç təhlükə törətmirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti