Almaniyada korrupsiya qalmaqalı – Prezident istefa verdi

Almaniyada korrupsiya qalmaqalı – Prezident istefa verdi
  10 Noyabr 2015    Oxunub:2624
Almaniya Futbol Birliyinin (DFB) prezidenti Valfqanq Nirsbax tutduğu vəzifədən istefa verib.

AzVision.az xəbər verir ki, bu barədə “HNA” nəşri xəbər yayıb.

Daha əvvəl Frankuft Mayn Prokurorluğu vergi ödənişindən yayınmaqda şübhəli bilinən Nirsbax və onun DFB-dəki xələfi Teo Çvaçiqer haqqında araşdırmalara başlamışdı.

Xatırladaq ki, “Spiegel” jurnalı Almaniyanın 2006-cı ildə Dünya Çempionatı kubokunu pulla satın aldığını iddia etmişdi.

Nəşrin məlumatına görə, 2006-cı ildə Almaniyanın qazandığı dünya kuboku rüşvətlə satın alınıb. Frans Bekenbauer və “Adidas” firmasının eks-rəhbəri Louis Dreyfussun həmin dövrə aid olan birgə şəklini yayan Almaniya nəşri onu da yazır ki, 6,7 miliyon avro ianə qarşılığında “Adidas” şirkətinin rəsmiləri “FİFA”-nın Asiya üzrə idarəedici müavinlərindən 4 səs alıblar. Beləcə, 2000-ci ildə keçirilən səsvermə nəticəsində Almaniya 11 səs qazanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti