Almaniyada qapalı geyimlər qadağan oluna bilər

Almaniyada qapalı geyimlər qadağan oluna bilər
  10 Noyabr 2015    Oxunub:1765
Almaniyanın Baden-Vürttemberq əyalətində tam qapalı, yalnız gözlərin göründüyü dini geyim qadağan oluna bilər.

Almaniyanın “Xristian Demokratlar Birliyi” partiyasının Baden-Vürttemberq əyaləti üzrə səlahiyyətli nümayəndəsi Guido Volf bu yöndə çalışdıqlarını bildirib.

Guido Volf onu da deyib ki, kim bu qaydalara uymayacaqsa və cəmiyyətə inteqrasiya prinsiplərini pozacaqsa, o zaman, ölkəni tərk edə bilər.

Qaydanın təbdiq olunacağı gündən bu qanuna əməl etməyənlərin ən sərt formada cəzalandıralacağı, eləcə də müəyyən məbləğdə cərimələnəcəyi açıqlanıb.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti