Azərbaycanlılar Obama ilə yazışa bilər - İlk dəfə

Azərbaycanlılar Obama ilə yazışa bilər - İlk dəfə
  10 Noyabr 2015    Oxunub:9111
ABŞ prezidenti Barak Obama “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçib.

Bu barədə AzVision.az “Lenta.ru”ya istinadən xəbər verir.

“Salam, Facebook!. Nəhayət mənim də öz səhifəm oldu. Ümid edirəm ki, siz buranı öz ölkəniz qarşısında duran ən vacib problemlər barədə real söhbətləri edə biləcəyimiz məkan kimi qəbul edəcəksiniz”, - deyə ABŞ prezidenti qeyd edərək, istifadəçilərdən şərhlər yazmağı, onun səhifəsindəki mövzular barədə paylaşımlar etmələrini istəyib.

Öz şərhində Obama “planetin uşaqlar və nəvələr üçün saxlanılmasının” vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bununla bağlı iqlimin dəyişməsi problemini həll etmək lazımdır.

ABŞ prezidenti bu məsələni dünya liderləri ilə 30 noyabr - 11 dekabr tarixində Parisdə keçiriləcək İqlim dəyişikliyi ilə bağlı BMT-nin 21-ci Konfransında müzakirə etmək niyyətindədir.

Obama özü haqqında məlumatlarda bunları yazıb: “Oğul, ata və ABŞ-ın 44-cü prezidenti”. Artıq onun səhifəsini 593 mindən çox insan bəyənib.

Siz də bu LİNK vasitəsilə ABŞ prezidentinin şəxsi səhifəsinə üzv ola bilərsiniz.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti