Lavrov İrəvanda Qarabağ haqqında nə danışdı?

Lavrov İrəvanda Qarabağ haqqında nə danışdı?
  10 Noyabr 2015    Oxunub:2892
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da İrəvana işgüzar səfərə gedib.
Lavrov öncə Ermənistan prezidenti Serj Sərkisyanla, sonra isə xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Lavrov görüşlərdən sonra Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi qane edən həllinə nail olmaq üçün səyləri artırmaq lazımdır.

Rusiya XİN başçısı qeyd edib ki, bu münaqişə yalnız dinc yolla həll olunmalıdır. Lavrov bildirib ki, Moskva ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri və üçlüyün üzvü kimi münaqişənin həllində müsbət nəticəyə nail olmaq üçün fəal rol oynamaqda davam edəcək.



Teqlər:  





Xəbər lenti