Rusiya S-300-ləri İrana göndərir

Rusiya S-300-ləri İrana göndərir
  09 Noyabr 2015    Oxunub:1468
İran rəsmi olaraq öz silah arsenalına artıq Rusiyanın S-300 orta mənzilli zenit-raket komplekslərini əlavə edə biləcək.
AzVision.az xəbər verir ki, bununla bağlı Dubayda İranla Rusiya arasında müqavilə imzalanıb.
“Rostex” dövlət konserninin rəhbəri Sergey Çemezov deyib ki, müqavilənin birinci hissəsinin yerinə yetirilməsindən sonra İran Rusiyaya qarşı olan iddialarını geri götürəcək.

Qeyd edək ki, 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putin İrana S-300 raketlərinin satışı ilə bağlı qadağanı ləğv etmişdi.

İlkin Nəcəfzadə


Teqlər:





Xəbər lenti