Miqrantlara qarşı cinayətlər kəskin artıb

Miqrantlara qarşı cinayətlər kəskin artıb
  09 Noyabr 2015    Oxunub:1848
Almaniyanın müxtəlif şəhərlərində milliyətçilər tərəfindən mühacirlərə qarşı törədilən cinayət halları kəskin artıb.

Laypsiq şəhərindəki ekstremist qruplar tərəfindən küt alətlərlə miqrant sığınacağına edilən hücum zamanı qarşıdurma yaranıb. Bir neçə irqçinin alman polisi tərəfindən həbs olunduğu və xeyli sayda qaçqının müxtəlif bədən xəsarətləri aldığı deyilir.

Almaniya polisin yaydığı informasiyaya görə, Maqdeburq şəhərində 3 nəfər Suriyalı qaçqına 30-dək neonasist hücum edib. Polis tərəfindən onlardan birinin həbs olduğu məlumatı verilib. Miqrantlar xəstəxanaya yerləşdiriliblər və onların səhhəti orta ağırdır.

Bənzər hadisə Rostok şəhərində də qeydə alınıb. 20-dək ekstremistin hücumu zamanı 2 nəfər mühacirin bərk döyüldüyü bildirilir.

Hannoverdə isə 43 yaşlı bir nəfər miqrant sığınacağın yanıdırıb.

Yena şəhərində dayanacaqların birində 27 yaşlı suriyalı qaçqın 3 nəfər tərəfindən döyülüb. Oxşar hadisə Fraytal şəhərində də müşahidə olunub. Xəbər verilir ki, Fraytal şəhərində bir Suriyadan olan mühaciri gecə ikən milliyyətçilər alın nahiyəsindən dəyənəklə vuraraq, yaralayıblar.

Saksoniya əyalətinin Daxili İşlər naziri Markus Ulbig baş verən neonasizm xarakterli aqressiv halları “soyuqqanlı şəkildə düşməncəsinə davranış” adlandırıb.

Fərrux Həsənov



Teqlər:  





Xəbər lenti