Dünyanın ilk trilyoneri kim olacaq?

Dünyanın ilk trilyoneri kim olacaq?
  08 Noyabr 2015    Oxunub:4550
Microsoft-un qurucusu Bill Qeyts dünya tarixinin ilk trilyoneri ola bilər. Maliyyə mütəxəssislərinin proqnozlarına görə, hal-hazırda 77 milyard dollarlıq sərvətə sahib olan Qeyts 25 ildən sonra sərvətini 1 trilyon dollara çatdırmış olacaq. Hər şey qaydasında getsə, o, 83 yaşında dünyanın ilk trilyoneri ünvanını qazana biləcək.

AzVision.az bu barədə “Sputnik”a istinadən məlumat verir.

Credit Suisse-in proqnozlarına görə, bundan iki nəsil sonra dünyada ən azı 11 trilyoner olacaq. Bankın qənaətinə görə, iki nəsil sonra dünya əhalisinin 20%-nə bərabər olan 1 milyard insan milyoner statusuna qovuşacaq.


Teqlər:





Xəbər lenti