Ermənistan və ABŞ Qarabağı müzakirə etdi

Ermənistan və ABŞ Qarabağı müzakirə etdi
  07 Noyabr 2015    Oxunub:2028
Fransanın paytaxtdı Parisdə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ-ın dövlət katibinin müavini Entoni Blinkenlə görüşüb.
Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Bundan başqa ikitərəfli əməkdaşlıq, bir sıra regional və beynəlxalq məsələlər də müzakirə mövzusu olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti