Putin uçuşları dayandırır

Putin uçuşları dayandırır
  06 Noyabr 2015    Oxunub:1955
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Sinay yarımadasında A321 aviaqəzasının səbəblərinin müəyyənləşdirilməsinədək Rusiya aviaşirkətlərinə Misirə uçuşları dayandırmağı tövsiyə edib.

"Baş verənlərin həqiqi səbəbləri müəyyənləşənədək Rusiya aviasiyasının Misirə uçuşlarının dayandırılmasını məqsədəuyğun hesab edirəm. Bu ilk öncə turist kanallarına aiddir ", - Aleksandr Bortnikov prezidentin sədrliyilə keçirilən Rusiya Təhlükəsizlik Şurasında deyib.

AzVision.az BBC-yə istinadən xəbər verir ki, FSB rəhbəri növbəti qərarlar üçün obyektiv və təsdiqlənmiş məlumatın tələb edildiyini bildirib.

Sinayda İslam Dövləti qruplaşması ilə əlaqəli cihadçılar təyyarəni vurduqlarını iddia ediblər. İslam Dövləti qruplaşması Suriyada hava kampaniyası həyata keçirən Rusiya və ABŞ-a qarşı müharibəyə çağırış edib.

Kogalymavia Airbus A-321 təyyarəsi şənbə günü Şarm əl-Şeyxdən Sankt-Peterburqa yola düşəndən 23 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin ölümü ilə nəticələnmiş qəzanın baş verdiyi təyyarədə sərnişinlərin əksəriyyəti rusiyalı olub.


Teqlər:  





Xəbər lenti