`Mənim ölkəmdə inqilab ola bilməz` – Lukaşenko
“Baş tutmuş seçkilər növbəti dəfə bizim ölkə daxilində və kənarda olan qüvvələrə sübut etdi ki, rəngli inqilablar yolu ilə hakimiyyətin güc yolu ilə əldə olunması ideyası uğursuzluğa məhkumdur”, - deyə o, inaqurasiya mərasimində çıxışı zamanı bildirib.
Belarus lideri qeyd edib ki, “Belə bir şey heç vaxt sakit və təhlükəsiz ölkədə ola bilməz”.
Qeyd edək ki, bu gün Belarusun paytaxtı Minskdə, Müstəqillik Sarayında Aleksandr Lukaşenkonun inauqurasiyası keçirilib.
Eldar Tanrıverdiyev
AzVision.az