`Mənim ölkəmdə inqilab ola bilməz` – Lukaşenko

`Mənim ölkəmdə inqilab ola bilməz` – Lukaşenko
  06 Noyabr 2015    Oxunub:1957
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkədə hakimiyyətin güc yolu ilə devrilməsi ideyası uğursuzluğa məhkumdur.
Bu barədə AzVision.az “Rosbalt”-a istinadən xəbər verir.

“Baş tutmuş seçkilər növbəti dəfə bizim ölkə daxilində və kənarda olan qüvvələrə sübut etdi ki, rəngli inqilablar yolu ilə hakimiyyətin güc yolu ilə əldə olunması ideyası uğursuzluğa məhkumdur”, - deyə o, inaqurasiya mərasimində çıxışı zamanı bildirib.

Belarus lideri qeyd edib ki, “Belə bir şey heç vaxt sakit və təhlükəsiz ölkədə ola bilməz”.

Qeyd edək ki, bu gün Belarusun paytaxtı Minskdə, Müstəqillik Sarayında Aleksandr Lukaşenkonun inauqurasiyası keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti