NASA Marsa uçmaq üçün könüllü axtarır

NASA Marsa uçmaq üçün könüllü axtarır
  05 Noyabr 2015    Oxunub:2128
ABŞ-ın Hava Uçuşları və Kosmik Fəzanın Tədqiqatı Milli İdarəsi (NASA) Marsa uçuş missiyasında iştirak etmək üçün könüllülərdən ərizə qəbuluna başlayıb.
NASA-nın saytında yerləşdirilən məlumata əsasən, namizədlərin ərizələrinə bu il dekabrın 14-dən 2016-cı il fevralın ortalarına qədər baxılacaq.

Ərizə vermək üçün namizədlər bəzi tələblərə uyğun gəlməlidir. Onlar ABŞ vətəndaşı olmalı, ali məktəb bitirməli, həmçinin azı 3 illik reaktiv təyyarə ekipajının komandiri təcrübəsinə malik olmalıdırlar. Namizədlər, eyni zamanda, NASA-nın xüsusi tibbi komissiyasından keçiriləcək.

Mars səyahətçilərinin adları 2017-ci ilin ortalarında məlum olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti