Alman nazir Göbbelsə oxşadıldı

Alman nazir Göbbelsə oxşadıldı
  05 Noyabr 2015    Oxunub:1508
Almaniyadakı PEGİDA millətçi təşkilatının rəhbəri Luts Baxman çıxışlarının birində ədliyyə naziri Hayko Massı III Reyxin təbliğat rəhbəri Yozef Göbbelsə bənzədib.

PEGİDA rəhbəri ədliyyə nazirinin fəaliyyətinin Hitler Almaniyasının təşviqat nazrinin mediadakı fəaliyyətinə oxşadığını deyib.

Almaniya Sosial Demokratlar partiyasının rəsmisi Torsten Şefer-Gümbel isə Luts Baxmana qarşı istintaqının başladılmasını tələb etdiyi açıqlayıb. Həmin partiyanın başqa bir nümayəndəsi Ralf Ştegner də “PEGİDA” rəhbrini sərt şəkildə tənqid edərək, onu ifrat radikalizmdə günahlandırıb. Almaniya Vəkillər İttifaqının sədri Ulrix Şellenberqdən də bu cür bənzətməni çox ciddi şəkildə tənqid edib.

Fərrux
AzVision.az


Teqlər:





Xəbər lenti