Axtarışda olan sabiq ədliyyə naziri saxlanılıb

Axtarışda olan sabiq ədliyyə naziri saxlanılıb
  05 Noyabr 2015    Oxunub:3293
Viktor Yanukoviçin prezidentliyi dövründə ədliyyə naziri vəzifəsində çalışan və axtarışa verilən Yelena Lukaş yaxalanıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sözçüsü Yelena Qitlyanskaya öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, hadisə ilə bağlı xüsusi brifinq keçiriləcəyini bildirib.

Qeyd edək ki, Maydana qarşı cinayətlərdə və xidməti vəziyyətindən istifadə edərək dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Yelena Lukaş 2015-ci il sentyabrın 10-da rəsmən axtarışa verilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti