İlham Əliyev Gürcüstana getdi - FOTOLAR (Yenilənib)

İlham Əliyev Gürcüstana getdi - FOTOLAR (Yenilənib)
  05 Noyabr 2015    Oxunub:4402
Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

AzVision.az xəbər verir ki, Tbilisinin Şota Rustaveli hava limanında Azərbaycan prezidentini Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze qarşılayıb.

Sonra prezident Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsini ziyarət edib, önünə əklil qoyub.

Bundan başqa İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoydu. Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirildi.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan prezidentinin gürcü həmkarı Georgi Marqvelaşvili ilə təkbətək və geniş tərkibdə görüşü, təhlükəsizlik, siyasət, iqtisadiyyat, ticarət, tranzit və mədəniyyət sahələrində ikitərəfli müqavilələrin imzalanması planlaşdırılır.

Bundan başqa, İlham Əliyev Gürcüstanın baş naziri, parlament spikeri və dini lideri II İlya ilə də görüşlər keçirəcək.

Səfər çərçivəsində İlham Əliyev azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsinə səfər edəcək. Marneulidə yaşayan soydaşlarımızla görüşəcək. Səfər proqramı noyabrın 6-da başa çatacaq.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti