`Miqrantları azaldacağıq` - Merkel

`Miqrantları azaldacağıq` - Merkel
  05 Noyabr 2015    Oxunub:1368
Federal kansler Angela Merkel “Xristian Sosialistləri Birliyi” partiyası ilə razılığa gəldiyini bəyan edib.

AzVision.az “Focus” nəşrinə əsasən xəbər verir ki, kansler Merkel “mühacir böhranı” ilə əlaqədar rəqib “Xristian Sosialistləri Birliyi” partiyasının lideri Horst Zeehoferlə keçirdiyi görüşdən sonra miqrantların sayını ixtisar edəcəklərini açıqlayıb.

“Biz istəyirik ki, qaçqınların sayını ciddi şəkildə azaldaq”,- deyə Merkel birgə müzakirəyə dair açıqlama verib.

“XSBP”-nın sədri Horst Zeehofer də ümumi razılığın əldə olunmasından məmnun qaldığını bildirib.

Hər iki partiya başçısı ikitərəfli müzakirələrdən məmun olduqlarını və miqrantların sayının məhdudlaşdırılması ilə əlaqədar 13 bəndlik anlaşma Protokoluna dair yekun razılığa gəldiklərini elan ediblər.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti