Ermənistanda məşhur aşıq öldürüldü

Ermənistanda məşhur aşıq öldürüldü
  05 Noyabr 2015    Oxunub:6762
Ermənistan paytaxtı İrəvanda ötən gün yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində 69 yaşlı qadın hadisə yerində ölüb.

Ermənistan polisinin məlumatına görə, naməlum şəxs avtomobillə qadını vurduqdan sonra dərhal ərazidən uzaqlaşıb.

Hazırda polis faktla bağlı araşdırmalara başlayıb. Hadisənin baş vermə səbəbləri və sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

shamshyan.com portalı yazır ki, qəza nəticəsində ölən şəxs Emma Ovannisyan məşhur aşıq olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti