Putin Leyla Əliyevaya medal verdi

Putin Leyla Əliyevaya medal verdi
  04 Noyabr 2015    Oxunub:3087
Rusiya prezidenti Vladimir Putin “Puşkin” medalını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təqdim edib.

AzVision.az “TASS”-a istinadən xəbər verir 4 noyabr Milli Birlik Günü münasibətilə Kremldə keçirilən təntənəli qəbulda Rusiya prezidenti dövlət mükafatlarını təqdim edib.

Leyla Əliyeva bu medala Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə layiq görülüb. Rusiya prezidenti bu barədə oktyabrın 20-də fərman imzalayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti