Rusiyanın İŞİD-ə qarşı yeni hədəfi - Moskva narahatdır

Rusiyanın İŞİD-ə qarşı yeni hədəfi - Moskva narahatdır
  04 Noyabr 2015    Oxunub:3483
İraq və Şam İslam Dövləti (İŞİD )terror təşkilatının tərkibində Rusiya və ya Asiya Sakit okean regionu ölkələrindən olan 25-30 min xarici vətəndaş vuruşur.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.

“Əgər onlar geri, ölkələrinə qayıtsalar, onda radikal ideyaları yayacaq və diversiya təşkilatçıları olacaqlar”, - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, yaraqlıların öz ölkələrinə qayıtmasına imkan verməmək bizim əsas hədəfimizdir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti