Ermənistan əhalisi sürətlə azalır – Rəsmi

Ermənistan əhalisi sürətlə azalır – Rəsmi
  03 Noyabr 2015    Oxunub:1891
Ermənistan əhalisi sürətlə azalır. Belə ki, 2015-cu ilin 9 ayında əhalinin sayı 6,6 min nəfər azalıb.
AzVision.az “Vestnik Kafkaza”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Statistika İdarəsinin yaydığı məlumatda bildirilir.

1 oktyabr 2015-ci ildə Ermənistan əhalisinin sayı 3 milyon 4 min nəfər olub ki, onların 1 milyon 910 mini şəhərlərdə, 1 milyon 93 mini isə kənddə yaşayır.

Ermənistan əhalisinin sayının aşağı düşməsi mənfi miqrasiya saldosunun (16,3 min nəfər) əhalinin təbii artımı (9,8 min) ilə müqayisədə artmasıdır.

Ermənistanda doğum göstəricisi əhəmiyyətli dərəcədə aşağı düşüb: Belə ki, 2015-ci ilin 9 ayı ərzində bu göstərici ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,5% azalaraq 30 min 666 nəfər olub. Müvafiq dövr ərzində ölkədə ölənlərin sayının 20 min 900 nəfər olduğu nəzərə alınsa, onda əhalinin təbii artımı 9 min 766 nəfər olub.

Bundan əlavə, müvafiq dövr ərzində ölkəyə iki milyon 4 yüz min 903 nəfər gəlib, 2 milyon 96 min 327 nəfər isə tərk edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti