Nurçulara qarşı əməliyyat - 44 nəfər tutuldu

Nurçulara qarşı əməliyyat - 44 nəfər tutuldu
  03 Noyabr 2015    Oxunub:3415
Türkiyənin bir neçə bölgəsində “paralel dövlət” üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlarda 44-dən çox adam şübhəli şəxs qismində saxlanılıb. Saxlanılanlar arasında yüksək rütbəli polis rəisləri, vali rəhbərləri, nazirlik işçilərinin olduğu bildirilir.

Əməliyyat çərçivəsində digər 18 vilayətdə də axtarış tədbirləri həyata keçirilib. Təkcə İzmirin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları İzmirdə əvvəlcədən müəyyən olunan 25 ünvanda, digər rayonlarda isə 50 ünvanda axtarış aparıb.

Prokurorluqdan əldə olunan məlumatda, əməliyyatın hələ də davam etdiyi bildirilir.


Teqlər:  





Xəbər lenti