Türkiyədə ağır qəza: Azərbaycanlı yaralandı - Video

Türkiyədə ağır qəza: Azərbaycanlı yaralandı - Video
  03 Noyabr 2015    Oxunub:2005
Türkiyənin Çanaqqala əyalətində sərnişin avtobusu ilə “TIR” toqquşub.
AzVision.az “Milliyyet”ə istinadən xəbər verir ki, hadisə ötən axşam əyalətin Gelibolu rayonunda baş verib.

Belə ki, İstanbula sərnişin daşıyan avtobusun sürücüsünün ani diqqətsizliyi qəzaya səbəb olub. İdarəetməni itirən sürücü avtobusu qarşıda dayanan “TIR”-ın arxasına çırpıb.

Qəza nəticəsində 11 nəfər yaralanıb. Yaralananlardan bir də Azərbaycan vətəndaşı 23 yaşlı Juranov Məmməddir. Qəzada xəsarət alanlar dərhal Keşan Dövlət Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata əsasən yaralların vəziyyəti qənaətbəxşdir.




Teqlər:





Xəbər lenti