Türkiyədə tarixi gün - AKP seçkini uddu

Türkiyədə tarixi gün - AKP seçkini uddu
  02 Noyabr 2015    Oxunub:2415
Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri məlum olub.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçici səslərinin 53,6 faizini toplayaraq liderliyə yüksəlib.

Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) 20, Milliyyətçi Hərəkat Partiyası (MHP) 11, Xalqların Demokratik Partiyası (HDP) 11,2 faiz səs toplaya bilib.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, səsvermə yekununda ümumi səslərin 10%-lik həddini aşa bilən partiyalar Böyük Millət Məclisində təmsil olunmaq şansı qazanır.

AzVision.az


Teqlər:  





Xəbər lenti