Bundestaqın sədri narahatdır

Bundestaqın sədri narahatdır
  01 Noyabr 2015    Oxunub:1161
Almaniya Bundestaqın sədri Norbert Lammert azad ticarət razılaşması olan “TTIP”-ın ləğv olunacağından bərk narahatdır.

- Mən qərara almışdım ki, Avropa Birliyi ilə ABŞ arasındakı həmin müqavilənin Bundestaqda ratifikasiyasını həyata keçirim, lakin indiki əngəllərdən dolayı artıq başqa imkanlar da nəzərdən keçirilməlidir,- deyə o, bildirib.

Tərəflər arasındakı transatlantik azad ticarət zonası 2013-cü ildən bu yana fəaliyyətə başlayıb. Lakin azad ticarət zonasının əsas tələblərindən biri də atlantik məkanın ilkin təkan kimi iqtisadi sferada gömrük və ticarət qaydalarına yenidən baxılmasıdır.

Əldə olunmuş bu razılığın tənqid olunan tərəfi odur ki, transatlantik ticarət məkanın şərtləri əmtəə, mal və xidmət sahələrinin hərəkət imkanlarını qlobal müstəviyə çıxaracaq. Bu amil isə dünya ticarət sisteminin nizamlanmasında Avropanın ziyanına işləmiş olacaq.

Fərrux


Teqlər:





Xəbər lenti