İŞİD 12 azyaşlını edam etdi

İŞİD 12 azyaşlını edam etdi
  01 Noyabr 2015    Oxunub:2192
İŞİD yaraqlıları Mosul şəhərində terrorçuların təlimlərindən qaçdıqlarına görə 12 yeniyetməni edam edib.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə İraq Kürdüstan demokratik partiyasının Naynava vilayətindəki nümayəndəsi Səid Mamuzini bildirib.

“Xüsusi kurslardan qaçmaq istəyən 12 yeniyetmə islamçılar tərəfindən yaxalanıb. Başqalarında dərs olsun deyə, qaçışda iştirak edən şəxslərin hamısına digər “kursant”ların gözü qarşsında ölənə qədər işgəncə verilib”.

Mamuzini əlavə edib ki, öldürülən şəxslərin hamısının 12-16 yaşı olub. Onların hamısı Mosulda yaşayıb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti