224 nəfərin öldüyü qəzadan yeni xəbər

224 nəfərin öldüyü qəzadan yeni xəbər
  01 Noyabr 2015    Oxunub:2387
Sinay yarımadasında qəzaya uğrayan Rusiya təyyarəsinin sərnişinlərindən 174-nün cəsədi Qahirədəki morqa gətirilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, meyitlər Zenham morquna, Naser İnstitutuna, As-Sahel və Bulak ad-Dakrur hospitallarına göndərilib. Təyyarədə yanğın baş verdiyindən ölənlərin çoxu tanınmaz hala düşüb. Buna görə, dünyasını dəyişənlərin kimliyini müəyyən etmək üçün cəsədlərdən DNT testi götürüləcək. Əldə edilən məlumatlar Rusiya tərəfinə ötürüləcək.

Qeyd edək ki, hazırda qəza yerində Misir Silahlı Qüvvələrinin və Səhiyyə Nazirliyinin xilasedicilərinin iştirakı ilə əməliyyat-axtarış tədbirləri davam edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti