Sarkisyan və həyat yoldaşı Tiflisdə konsertdə - VİDEO

Sarkisyan və həyat yoldaşı Tiflisdə konsertdə - VİDEO
  01 Noyabr 2015    Oxunub:3761
Ermənistan prezidenti Serj Sarkisyan və həyat yoldaşı Rita Sarkisyan Gürcüstana səfərdə olduğu zaman qondarma “erməni soyqırım”ın 100 illiyinə həsr olunan konsertdə iştirak edib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Sarkisyan ailəsi Tiflisdə K.Marjanişvili Akademik Teatrında şair Marina Alesin “Sizlərdən biri” konsertinə qatılıb.



Qeyd edək ki, oktyabrın 30-u Gürcüstan prezidenti Georgi Marqvelaşvili erməni həmkarı Serj Sarkisyanla həm təkbətək, həm də geniş tərkibli görüş keçirib. Tərəflər iqtisadi əməkdaşlıq məsələlərini detallı şəkildə müzakirə ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti