Rusiyada daha bir təyyarə qəzası -Ölən var

Rusiyada daha bir təyyarə qəzası -Ölən var
  01 Noyabr 2015    Oxunub:2962
Rusiyanın Yakutiya vilayətində ötən gün radarlardan itən özəl “Ptenets – 2” tipli təyyarə aşkarlayıb.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Hadisə yerində pilotun cəsədi və təyyarədə yeganə sərnişin, maralçılıq mütəxəssisi yaralı şəkildə aşkarlanıb. Yaralı şəxs Olenesk rayonunda Olenek qəsəbəsinin xəstəxanasına yerləşdirilib.

Rayojn rəhbəri Aleksandr İvanovun sözlərinə görə, bu şəxsi təyyarə üç həftə ərzində vəhşi maralların miqrasiyasını izləyirmiş. Ekipaj üzvlərinin əsas vəzifəsi ev marallarının qorunması və onların sayının hesablanması olub.

“Təyyarə biznesmenə məxsus olub. Biz bu il onu ilk dəfə maral sürülərinin monitorinqi və sayılması işlərinə cəlb etmişik”, - deyə İvanov qeyd edib.

Qeyd edək ki, ötən gün Rusiya aviaşirkətinə məxsus təyyarə Şarm-əl-Şeyx –Sankt Peterburq reysi üzrə hərəkət edən təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub. Onların hamısı qəzada həlak olub.
Qəza ilə əlaqədar bu gün Rusiyada matəm günü elan olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti