Türkiyədə tarixi seçki başladı: AKP, yoxsa...?

Türkiyədə tarixi seçki başladı: AKP, yoxsa...?
  01 Noyabr 2015    Oxunub:1640
Noyabrın 1-də yerli vaxtla saat 7.00-da Türkiyənin 32 vilayətində Böyük Millət Məclisinə növbədənkənar 26-cı seçkilərə səsvermə başlayıb. Qalan yerlərdə isə səsvermə saat 8.00-da başlayacaq. Səsvermə prosesi 9 saat çəkəcək.

Ali Seçki Komissiyasının məlumatına görə, Türkiyədə təxminən 54.5 milyon vətəndaşın səsvermə hüququ var. Onlar 16 siyasi partiyanı təmsil edən namizədlərə və 21 bitərəf namizədə etimad göstərəcəklər.

Qeyd edək ki, səsvermə Türkiyəni 54 xarici ölkədə təmsil edən 113 diplomatik nümayəndəlikdə də keçirilir.

Gömrük-keçid məntəqələrində təşkil olunan səsvermə isə noyabrın 1-də saat 17.00-da başa çatacaq.

Bütün bülletenlər səsvermə başa çatandan sonra bir yerdə sayılacaq.

Seçkilərlə bağlı ölkənin bütün ərazisində güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.


Teqlər:  





Xəbər lenti