Qəzaya uğrayan Rusiya təyyarəsinin ilk görüntüləri - VİDEO

Qəzaya uğrayan Rusiya təyyarəsinin ilk görüntüləri - VİDEO
  01 Noyabr 2015    Oxunub:1946
Oktyabrın 31-də səhər Misirdə qəzaya uğrayan А321 tipli sərnişin təyyarəsinin ilk görüntüsü yayılıb.

"Report"un "Lenta.Ru" saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində çəkilən görüntüdə sərnişinlərin şəxsi əşyaları və təyyarənin qalıqlarınını görmək mümkündür.
Qeyd edək ki, Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itib.

Göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvünün olduğu təyyarənin qalıqları Sinay vilayətinin mərkəzi hissəsində aşkarlanıb. Təyyarədəki insanların hamısı həlak olub. Faciə ilə bağlı Rusiyada matəm elan olunub.

Son məlumata görə, təyyarənin “qara qutuları” Misirin baş prokurorluğuna təhvil verilib.




Teqlər:





Xəbər lenti