Aviaşirkətlərdən təcili qəza qərarı

Aviaşirkətlərdən təcili qəza qərarı
  01 Noyabr 2015    Oxunub:1594
Artıq bir çox aviaşirkətlər Misirin Sinay yarımadası üzərindən hava uçuşlarını dayandırıb.

Buna səbəb bu gün həmin ərazidə Rusiya təyyarəsinin qəzaya uğramasıdır.

Fransanın “Air France” avia şirkətinin Sinay yarımadası üzərindən hava reyslərini təxirə salmasının ardından Almaniyanın “Lufthansa” avia şirkəti də analoji addım atıb. Avia şirkətlər "Koqalımavia" məxsus A-321-i təyyarəsinin qəza səbəbləri tam aydınlaşmayana kimi həmin ərazidən uçmayacaqlar.

Bu gün Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan "Koqalımavia" avia şirkətinin A-321-i təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 217 sərnişin və 7 ekipaj üzvünun hamısı həlak olub. Faciə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinin fərmanıyla noyabrın 1-i Rusiyada matəm günü elan edilib. (Ans)


Teqlər:





Xəbər lenti