Dəhşətli təyyarə qəzası: 220 ölü (YENİLƏNİB)

Dəhşətli təyyarə qəzası: 220 ölü (YENİLƏNİB)
  31 Oktyabr 2015    Oxunub:6671
Misirdə qəzaya uğramış Rusiya təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşı olub.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, təyyarə tamamilə parçalanıb və təyyarədəkilərin hamısı ölüb. Artıq Misir tərəfi qəzanın baş vermə səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradıb.

Şarm-əl-Şeyx aeroportundan bildirilib ki, qəzanın baş verməsinə səbəb mühərrikin dayanması və idarəetmənin itirilməsi ola bilər. Belə ki, təyyarə 9000 km hündürlükdə olarkən pilot mühərrikdə nasazlıq yaranması barədə dispetçerə məlumat verib. 23 dəqiqədən sonra onunla əlaqə itib.

Rusiyanın “Life News” agentliyi isə təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısını açıqlayıb. Siyahıda 210 nəfərin adı var. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub.

**
Bu barədə AzVision.az “Sky News Arabya” telekanalına istinadən xəbər verir.

Təyyarə Misirin Sinay yarımadasında qəzaya uğrayıb.. Sərnişinlərin əksəriyyətinin Rusiya vətəndaşları olduğu bildirilir.

Təyyarədə olan 200 nəfərin taleyindən hələlik xəbər yoxdur.

Qeyd edək ki, “Koqalımavia” aviaşirkətinə məxsus təyyarə Şarm-Əş-Şeyx – Sankt Peterbuqr reysi üzrə hərəkət edib.

***
12:01

Artıq Sinay yarımadasında təyyarənin hissələri aşkarlanıb. Bu barədə RİA Novosti xəbər yayıb. Hadisə yeri Misir Təhlükəsizlik Qüvvələri tərəfindən mühasirəyə alınıb. Əl-Ariş şəhərindən hadisə yerin 20 təcili tibbi yardım maşını yola düşüb.

***
15:00

Danimarkanın “De Telegraf” nəşri yazır ki, qəzadan sonra təyyarədə olan şəxslərdən dördünün sağ qaldığını yazıb. Qeyd edək ki, qəza baş verən zaman təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub. Hadisə yerində, həmçinin təyyarənin qara qutuları da aşkarlanıb.

***

16:08

Misirli xilasedicilər təyyarənin qəzaya uğradığı ərazidə 17 uşağın cəsədini aşkarlayıb. Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Qəzanın baş verdiyi ərazidə 17 uşaq daxil olmaqla, xeyli insanın cəsədi aşkarlanıb”, - deyə yayılan məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti