Sevdiyi qız `yox` dedi, məzarlıqda öldürdü

Sevdiyi qız `yox` dedi, məzarlıqda öldürdü
  31 Oktyabr 2015    Oxunub:2321
Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.
AzVision.az xəbər verir ki, hadisə Havsa bölgəsində qeydə alınıb. Bağbanlıqla məşğul olan Tuncay Yavuz uzun illər sevdiyi Rəhimə Yaşarı qətlə yetirib.

Hadisənin təfərrüatları məlum olub. Belə ki, Tuncay Yavuz yaxınlarının məzarını ziyarət edən Rəhimə Yaşara yaxınlaşaraq elə qəbirstanlıqda evlilik təklifi edib. Qadın isə Tuncaya `yox` cavabı verib. Sevgisinin qarşılığını görməyən Tuncay Yaşar üzərində gəzdirdiyi silahı çıxarıb və R. Yaşarın sinəsinə iki güllə zərbəsi endirib. Qadın elə hadisə yerində keçinib.

Dərhal sonra T. Yavuz yaxınlıqdakı polis bölməsinə gedərək təslim olub: “Beş ildir sevdiyim Rəhiməyə müxtəlif vaxtlarda mənimlə ailə həyatı qurmağı təklif etmişəm. O da təklifimlərimi rədd edirdi. Bu dəfə qəbirstanlıqda ona evlənmək təklifi etdim. O da yenə həmin addımı atdı. Dedim ki, təklifimə `hə` deməsən səni öldürəcəyəm. O, isə dedi ki, öldürə bilməzsən. Mən də silahı çıxardım və onun əvvəlcə ayaqlarına sonra sinəsinə iki güllə atdım”.

Rəhimə Yavuzun nəşi isə qətlə yetirildiyi yerdə torpağa tapşırılıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti