Fransada avtomobillər yandırıldı

Fransada avtomobillər yandırıldı
  23 Oktyabr 2015    Oxunub:1470
Fransada köçəri həyat sürən romanlar şəhərdəki bir çox nəqliyyat vasitəsinə od vuraraq yandırıblar.

Bunun səbəbi Fransa polisi tərəfindən həbsdə saxlanılan şəxsin vəfat etmiş 17 yaşlı qardaşının cənazə törəninə buraxlmaması olub.

Vəfat etmiş şəxsin ailəsi polisə müraciət edərək, xahiş edib ki, həbs olunmuş qardaşa yas mərasimində, hətta polislərin müşayiətilə, əli qandallı vəziyyətdə mərasimə gəlməyə cazə verilsin, lakin Fransa polisi bunu rədd edib. Nəticədə romanlar etiraz olaraq avtomobilləri yandırıblar. Yanğından sonra ortaya savaşı xatırladan mənzərə çıxıb.

Olaya Fransa baş naziri səviyyəsində münasibət bildirilib.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti