İrandan Rusiyaya göndərilən narkotik gömrükdə aşkarlandı

İrandan Rusiyaya göndərilən narkotik gömrükdə aşkarlandı
  01 Oktyabr 2024    Oxunub:839
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya külli miqdarda narkotik vasitənin aparılmasının qarşısı alınıb.
Narkotik vasitələr “kompüter aksesuarları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilərkən aşkar edilib.

“Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamada qablaşdırılan, üzərində “Methadone 40” yazısı olan, ümumilikdə 9981 ədəd həb və 20 ədəd həb parçası aşkar olunub”.

AzVision.az


Teqlər:





Xəbər lenti