İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - “The Wall Street Journal”

   İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq    - “The Wall Street Journal”
  30 Sentyabr 2024    Oxunub:1189
İsrail xüsusi təyinatlıları Livanın cənubunda reydlər keçirir. Onlar mümkün quru əməliyyatlarına hazırlıq məqsədilə kəşfiyyat məlumatları toplayırlar. Çox güman ki, yerüstü hücum bu həftə baş tutacaq.
Bu fikirlər “The Wall Street Journal”da dərc olunan məqalədəndir.

Kats: "Hizbullah" silahı yerə qoymayınca atəşkəsə razı deyilik"
Nəşrin öz mənbələrinə istinadən yaydığı məlumata görə, hətta hərbçilər əməliyyatlar zamanı Livan-İsrail sərhədi boyunca “Hizbullah”a məxsus tunellərə daxil olublar. Belə reydlər bir neçə aydır davam edir.

Mənbələr bildiriblər ki, bu qapalı addımlar İsrailin Livan sərhədində "Hizbullah"ın hərbi imkanlarını zəiflətmək üçün hazırladığı daha geniş strategiyanın bir hissəsidir. Lakin quru əməliyyatlarının vaxtı ABŞ-nin təzyiqi altında dəyişə bilər. Bununla belə, İsrailin dəqiq planları heç kimə məlum deyil. Təl-Əvivin ərazini nə qədər müddətə nəzarətdə saxlayacağını və ya əməliyyatın genişmiqyaslı reydlərlə keçiriləcəyini kimsə dəqiq deyə bilməz.

Eyni zamanda, İsraildən olan keçmiş yüksək rütbəli zabit Amir Avivi qurudan hücumun qaçılmaz olduğunu deyib. Onun sözlərinə görə, hazırkı reydlər hazırlıq tədbirlərinin bir hissəsi sayılır. İsrail Müdafiə Qüvvələri (TSAXAL) mümkün yerüstü əməliyyatlara, o cümlədən xüsusi bölmələrdən istifadəyə fəal şəkildə hazırlaşır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan  





Xəbər lenti