Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib

Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib
  01 Oktyabr 2024    Oxunub:337
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 29 küçə və prospektində uzunluğu 85 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, avtobuslar üçün yeni zolaq şəbəkəsi mobilliyin transformasiyası proqramı çərçivəsində tətbiqi olunur. Bu zolaqlardan gün ərzində 70 000 dəfəyə qədər avtobus hərəkət edir, 900 minə yaxın sərnişinin rahat və maneəsiz daşınır. Avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişinin daşınmasına imkan yaradır. Növbəti mərhələdə davamlılığın təmin edilməsi, yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə 100 km-dən çox avtobus zolağının təşkili nəzərdə tutulub. Avtobus zolaqları müntəzəmliyi, intervalların qorunmasını, ictimai nəqliyyatın cəlbediciliyinin və ona inamın artmasını təmin edir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün hazırlanan yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti