DPA: “Aİ biznes fəaliyyəti üçün cəlbediciliyini itirir”

      DPA:    “Aİ biznes fəaliyyəti üçün cəlbediciliyini itirir”
  11 Yanvar 2025    Oxunub:308
Avropa iqtisadiyyatının rəqabət qabiliyyəti bürokratik maneələr və yüksək enerji qiymətləri səbəbindən aşağı düşür.
AzVision.az xəbər verir ki, Avropa Komissiyasının (AK) gələn həftənin ortalarında rəsmi olaraq təqdim olunacaq hesabatına istinad edən Almaniyanın “Deutsche Presse-Agentur (DPA)” agentliyi belə məlumat dərc edib.

“AK şirkətlər üçün məkan kimi Avropanın cəlbediciliyinin getdikcə azaldığını bildirir. Komissiyanın məlumatlarına görə, 2008-2021-ci illər arasında regionda yaradılan və sonradan dəyəri 1 milyard dolları keçən startapların demək olar ki, üçdə biri ofislərini başqa ölkələrə, əsasən də ABŞ-yə köçürüb. Bununla belə, dünyanın 50 ən böyük texnologiya şirkətindən yalnız 4-ü avropalıdır. Avropada əmək məhsuldarlığı da ABŞ-dən aşağı olaraq qalır”, - agentliyin yaydığı xəbərdə vurğulanır.

Avropa İttifaqı (Aİ) ölkələrinin iqtisadiyyatlarının rəqabət qabiliyyətinin aşağı düşməsinin səbəbləri arasında enerji resurslarının baha olması da göstərilir. Birlik ölkələrində elektrik enerjisinin qiymətləri ABŞ-dən iki-üç dəfə yüksəkdir. Bundan əlavə, Avropa bazarında ixtisaslı kadr çatışmazlığı var. Bürokratik maneələr isə Aİ-nin mövcud potensialından tam istifadə edilməsinə imkan vermir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   iqtisadiyyat   rəqabət  





Xəbər lenti