“İndi bu və ya digər tərəfin danışıqlara hazır olması gözləntiləri yoxdur. Rusiya ilə danışıqlar aparılacağı təqdirdə Kiyevin öz mövqeyini gücləndirməsi üçün ABŞ Ukraynaya hərbi yardımı davam etdirəcək”, - amerikalı məmur jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Amerikanın “Müharibənin Tədqiqatı İnstitunun (ISW)” analitikləri, öz növbəsində, Rusiya prezidenti Vladimir Putinin şərtləri əsasında Ukraynada müharibəyə son qoymaq üçün Kreml və Qərb ölkələri arasında heç bir danışıqların davamlı sülhə zəmanət verə bilməyəcəyini iddia ediblər.
Onların hazırladığı icmalda vurğulanır ki, Kreml heç bir “ilkin şərt” olmadan ABŞ-nin yeni prezidenti Donald Trampla Ukrayna üzrə danışıqlara hazır olduğunu təsdiqləsə də, danışıqlarda mövqeyinin dəyişməz qaldığını qeyd edib.
- Kremlin Qərb liderləri ilə danışıqlara “hazır” olmasına baxmayaraq, Putin bu tələblərin tərəfdarı kimi qaldığı müddətdə heç bir danışıqlar mənalı və davamlı sülhə gətirib çıxarmayacaq”, - ISW-nin analitikləri bildiriblər.
Tramp: "Müharibəyə son qoymaq üçün Putinlə görüşə hazırlaşıram" |
Sahil İsgəndərov
AzVision.az