Qəzaya 4 dəqiqə qalmış təyyarənin qara qutuları yazıları dayandırıb - VİDEO

   Qəzaya    4 dəqiqə qalmış    təyyarənin qara qutuları yazıları dayandırıb  - VİDEO
  11 Yanvar 2025    Oxunub:381
Dekabrın 29-da qəzaya uğrayan “Jeju Air” şirkətinə məxsus şərnişin təyyarəsinin uçuş məlumatlarının yazıcıları və kokpit səs yazıcıları hava gəmisinin Cənubi Koreyanın “Muan” aeroportunda beton konstruksiyaya çırpılmasından təxminən dörd dəqiqə əvvəl qeydlər aparmaq funskiyası bloklanıb.
AzVision.az
xəbər verir ki, Cənubi Koreyanın Nəqliyyat nazirliyinə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

“179 nəfərin ölümü ilə nəticələnən və Cənubi Koreyanın ən dəhşətli qəzası olan qəzanı araşdıran hökumət təmsilçiləri qara qutuların qeydləri dayandırmasını şərtləndirən məqamları təhlil etməyi planlaşdırırlar. Təyyarənin səs yazıcısı ilkin olaraq Cənubi Koreyada təhlil olunub və məlumatların çatışmadığı aşkar edildikdə, ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının laboratoriyasına göndərilib”, - Cənubi Koreyanın Nəqliyyat nazirliyinin açıqlamasında deyilir.

Məlumatda zədələnmiş uçuş registratorunun ABŞ-nin hava təhlükəsizliyi tənzimləyicisi ilə birgə təhlil olunması üçün Amerikaya göndərildiyi vurğulanıb.

Cənubi Koreyada təyyarə qəzası: 179 nəfər ölüb - YENİLƏNİB
Xatırladaq ki, Tailandın paytaxtı Banqkokdan Cənubi Koreyanın cənub-qərbindəki Muan şəhərinə uçan “Jeju Air 7C2216” sərnişin təyyarəsi “qarnı üzərində eniş” etmək məcburiyyətində qalıb. Regional hava limanının uçuş-enmə zolağından sürüşən təyyarə torpaq bəndi ilə toqquşduqdan sonra alovlanıb.

Təyyarənin bəndə çırpılaraq alovlanmasından təxminən 4 dəqiqə əvvəl hava nəqliyyyatı idarəsinə təyyarənin quşlarla toqquşduğu barədə barədə məlumat verən pilotlar qəza vəziyyəti elan ediblər. Arxa hissədə olan iki yaralı ekipaj üzvü xilas edilib. Təcili çağırışdan iki dəqiqə əvvəl hava nəqliyyatının idarə olunması xidməti “quşların aktivliyi” barədə xəbərdarlıq yayıb.

Qəza vəziyyət elan edən pilotlar eniş cəhdindən imtina edərək, ikinci dövrəni vurmaq variantını seçiblər. Amma büdcə aviaşirkətinə məxsus olan “Boeing 737-800” təyyarəsi tam dönüş manevri əvəzinə, kəskin dönüş həyata keçirərək, əks tərəfdən hava limanının yeganə uçuş-enmə zolağına daxil olub və şassilərini açmadan təcili eniş edib.

Nəqliyyat Nazirliyinin aviasiya hadisələrinin araşdırılması üzrə keçmiş mütəxəssisi Sim Cai-Don, həlledici son dəqiqələrdə itkin məlumatların aşkar edilməməsinin gözlənilməz olduğunu bildirib. Onun sözlərinə görə, bu baxımdan, ehtiyat enerji imkanı da daxil olmaqla, bütün enerji qidalanmasının sönməsi kimi çox nadir hallarda rast gəlinən hadisənin baş verdiyi ehtimalı yaranır.

Cənubi Koreyanın Nəqliyyat nazirliyi bildirib ki, istintaq çərçivəsində aparılan araşdırmanın şəffaflığını və məlumatın qurbanların ailələrinə çatmasının təmin etmək üçün digər mövcud məlumatlardan da istifadə olunacaq.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Koreya   təyyarə   qəza  





Xəbər lenti