Yeni Cənubi Vels ştatının Baş naziri Kris Minnsin yerli mətbuata
açıqlamasına görə, hücumçularin məqsədi hökumətin antisemitizmə qarşı federal işçi qrupu yaratmasıdır. Belə ki, 2023-cü ilin 7 oktyabrında başlayan İsrail-HƏMAS müharibəsi fonunda İsrail və Fələstin tərəfdarları Avstraliyada da mütəmadi toqquşur, bir-birinin əleyhinə nümayişlər keçirirlər.
"Zənnimcə, yəhudi məbədində svastika təsviri sizə bu şəxslərin qorxunc məqsədini aydın göstərir", - Minns deyib.
Yerli polis Sidney ətrafında sinaqoqların mühafizəsini artırıb.
Xatırladaq ki, ötən ay ölkənin Melburn şəhərindəki sinaqoqa qarşı da hücum baş vermiş, məbəd yandırılmışdı.
Firudin Həmidli
AzVision.az