ISW: “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar”
“2024-cü ilin sentyabr, oktyabr və noyabr aylarında üç aylıq ərazi qazanclarından və əhəmiyyətli şəxsi heyət itkilərindən sonra, dekabrda rus qoşunlarının orta gündəlik irəliləmə sürəti təxminən doqquz kvadrat kilometrə qədər yavaşıdı. Eyni zamanda, irəliləmə tempi yavaşımaqda davam edərsə, Rusiya hərbi komandirləri bu cür yüksək itkilərə dözmək məsələsində Vladimir Putindən daha az istəkli ola bilərlər”, - ISW-nin analitikləri bildirirlər.
Qurumun iddiasına görə, buna baxmayaraq, Rusiyanın təhlükəsizlik xidmətləri və hərbi rəsmiləri bu itkilər üzündən müharibəni dayandırmağa hazır deyillər. Əvəzində onlar Putini hərbi səyləri gücləndirməyə çağırır, ehtiyatdakı hissələrə qismən çağırış keçirməyi və ola bilsin ki, döyüş meydanını canlı qüvvə və texnika ilə doldurmağı təklif edirlər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Putin danışıqlar müharibə