Məhkəmədə Trampa hökm oxundu

Məhkəmədə Trampa hökm oxundu
  10 Yanvar 2025    Oxunub:315
Nyu York məhkəməsində ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa hökm oxunub.
AzVision.az xəbər verir ki, hakim Xuan Merçan Trampla bağlı şərtsiz azad etmə qərarı çıxarıb.

Hökmə əsasən Tramp təqsirli olaraq qalacaq, lakin o nə həbs, nə də cərimə olunacaq. Tramp məhkəməyə virtual olaraq qatılıb.

Qeyd edək ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.

AzVision.az



Teqlər:





Xəbər lenti