Ştatdakı erməni ruhanilərinin nümayəndəsi sosial şəbəkədə təhsil ocağının yanaraq məhv olmasını əks etdirən video da paylaşıb.
Bayden Kaliforniya ştatında fəlakət rejimi elan edib |
Xatırladaq ki, ABŞ-də, xüsusən də Los-Ancelesdə tüğyan edən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Yanğın əvvəlcə şəhərin dəbdəbəli "Pacific Palisades" məhəlləsini əhatə edib. Şəhərin yanğınsöndürmə idarəsi hər kəsi yanğınların qarşısının alınmasına çağırıb.
Kaliforniyanı bürüyən meşə yanğınları isə ermənilərin sıx yaşadığı şəhərlərə, xüsusən də Qlendeylə qədər çatıb. Son məlumatlara görə, iki nəfər ölüb, 70 min nəfər təxliyə edilib. Yanğının söndürülməsinə 1500 yanğınsöndürən cəlb olunsa da, güclü külək onların işinə mane olur.
Tural Tağıyev
AzVision.az