Gürcüstanın xarici işlər naziri Azərbaycana səfərə gələcək

Gürcüstanın xarici işlər naziri Azərbaycana səfərə gələcək
  11 Yanvar 2025    Oxunub:304
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələləri müzakirə olunub. Həmçinin Gürcüstan xarici işlər nazirinin Azərbaycana planlaşdırılan rəsmi səfərinin təfərrüatlarına, habelə Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsi məsələsinə toxunulub.

Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini yüksək qiymətləndiriblər.

Görüş zamanı ticarət-iqtisadi, nəqliyyat, energetika sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib.

Bunlarla yanaşı, regionun dinc və sabit inkişafının vacibliyi vurğulanıb. Tərəflər Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığı daha da dinamik hala gətirməyə hazır olduqlarını bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti